Azərbaycanda mobil və sabit internetin sürəti dekabrda azalıb
“APA-Economics" "Ookla"nın "Speedtest Global Index"in məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici noyabr ayı ilə müqayisədə 0,04% azalıb.
Dekabrda ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti noyabr ayının göstəricisi ilə müqayisədə 5,3 azalaraq 15,02 Mbit/s olub.
Qeyd edək ki, dünya üzrə giriş və çıxış mobil trafikinin sürəti isə müvafiq olaraq 47,20 Mbit/s və 12,67 Mbit/s təşkil edib.
Ötən ilin dekabr ayının nəticələrinə görə, Azərbaycan bu göstərici üzrə 139 ölkə arasında 4 pillə geriləyərək 70-cı yerdə qərarlaşıb.
Mobil internet sürətinə görə liderlərin ilk üçlüyünə Qətər (178,01 Mbit/s), BƏƏ (177,52 Mbit/s) və Cənubi Koreya (169,03 Mbit/s) daxil olub.
Reytinqə əsasən, dekabr ayında Azərbaycanda stasionar genişzolaqlı internet trafikinin giriş sürəti 22,17 Mbit/s, çıxış sürəti isə 24,21 Mbit/s təşkil edib. Bu göstəricilər noyabr ayı ilə müqayisədə müvafiq olaraq 3,8 və 5,4% azalıb.
Dekabr ayının nəticələrinə görə, sabit internetin sürəti reytinqində Azərbaycan 176 ölkə arasında 3 pillə geriləyərək 120-ci yerdə qərarlaşıb.
Dünyada ən sürətli sabit interneti olan ilk üç lider ölkəsi Tailand (308,35 Mbit/s), Sinqapur (245,31 Mbit/s) və Honkonq (226,8 Mbit/s) olub. Sabit internetin giriş və çıxış trafikinin qlobal orta sürəti isə müvafiq olaraq 96,43 Mbit/s və 52,31 Mbit/s olub.