İnfeksion-iltihabi xəstəliklərin müalicəsində ZİROMİN istifadə edin
Azitromisin 500 mq
Göstərişləri:
Yuxarı tənəffüs yolları və LOR-üzvlərin infeksiyaları, (faringit, tonzillit, sinusit, orta otit)
Aşağı tənəffüs yolları infeksiyaları (kəskin bronxit, xroniki bronxitin kəskinləşməsi,
pnevmoniya)
Dəri və yumşaq toxuma və birləşdirici toxuma infeksiyaları;
Kiçik çanaq orqanlarının infeksion-iltihabi xəstəlikləri;
Doğuşdan sonrakı endometrit və septiki ağırlaşmalar, laktasion mastit;
Zöhrəvi infeksiyalar;
Sidikçıxarıcı yolların infeksiyaları;
İstifadə qaydası və dozası:
Tablet: Gündə 1 dəfə 1 tablet yeməkdən1 saat əvvəl və ya 2 saat sonra qəbul edilir.
İnfuziya forması:
Hazırlanmış məhlulu damcı formasında venadaxilinə (1-3 saat ərzində) yeritmək məsləhət görülür, 2 gün ərzində gündə bir dəfə 500 mq venadaxilinə yeridilmə başa çatdıqdan sonra preparatın peroral forması bir dəfə 500 mq olmaqla 7-10 günlük ümumi müalicə kursu bitənədək təyin etmək məsləhət görülür.
İnfuziya üçün məhlulun hazırlanması iki mərhələdə baş verir:
1-ci mərhələ: ilkin məhlulun hazırlanması (azitromisinin 100 mq/ml konsentrasiyası 500 mq/5 ml). Preparatın flakonuna inyeksiya üçün müvafiq maye miqdarının yeridilməsi ilə hazırlanır. Toz tam həll olunanadək flakon çalxalanır. İnfuziya üçün Ziromin ilkin məhlulu 250C temperatura qədər 24 saat ərzində davamlıdır. Nəzərə çarpan çöküntü olduqda preparatdan istifadə etmək olmaz.
2-ci mərhələ: bilavasitə olaraq preparatın yeridilməsindən qabaq həyata keçirilir. İlkin məhlulu (100 mq/ml azitromisin) azitromisinin 1,0 və ya 2,0 mq/ml infuziya məhlulunda yekun konsentrasiyası alınana qədər məhlul olan flakona daxil edirlər
(0,9% NaCl məhlulu, 5% dekstroza və ya Ringer məhlulu).
Ziromin suspenziya:
gündə 1 dəfə yeməkdən 1 saat əvvəl və ya 2 saat sonra daxilə təyin olunur.