Durov Fransanın təklifini rədd edib

Fransanın Xarici Kəşfiyyat Baş İdarəsinin rəhbəri Nikolas Lerner yazda prezident seçkiləri ərəfəsində Rumıniyanın mühafizəkar kanallarını susdurmağı xahiş etdi, lakin biz bunu rədd etdik.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu "Telegram"ın həmtəsisçisi Pavel Durov bildirib.
“Bu yaz, "Hotel de Crillon"da "Salon des Batailles" sərgisində Fransa kəşfiyyatının rəhbəri Nikolas Lerner məndən seçkilər öncəsi rumın mühafizəkarlarını susdurmağımı istədi. Mən imtina etdim”, - deyə o, özünün Facebook səhifəsində yazıb.