Putin Bakıda Pavel Durovla görüşməyib - Kreml


Rusiya Prezidenti Vladimir Putin Bakıya son səfəri zamanı teleqramın həmtəsisçisi Pavel Durovla görüşməyib.


Bunu jurnalistlərə açıqlamasında Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.

Peskov Bakıda belə bir görüşün keçirilməsinə dair suala “Xeyr” deyə cavab verib.

Qeyd edək ki, Rusiya mediası V.Putinin 18-19-avqust tarixlərində Bakıya səfəri ərəfəsində P.Durovun Azərbaycanda olduğunu iddia edib.

Xatırladaq ki, P.Durov avqustun 24-də axşam saatlarında Parisin Le-Burje hava limanında saxlanılıb. Fransa mediası yazır ki, Durov Fransada axtarışda olan şəxslər siyahısına daxil edilib. Onun saxlanmasına dair order Fransa məhkəmə polisi tərəfindən ilkin istintaqa əsasən verilib. Fransa hakimiyyəti teleqramda moderasiyanın olmaması səbəbindən Durovu narkotik alverində, uşaqlara qarşı cinayətlərdə və dələduzluqda günahlandırır. İddialara görə, iş adamını 20 ilə qədər həbs gözləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu