BDU-da Karyera Festivalı keçiriləcək


Bakı Dövlət Universiteti (BDU) və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə mayın 27-də Karyera Festivalı keçiriləcək. Festivalda ölkəmizin 80-dək nüfuzlu şirkətinin iştirakı nəzərdə tutulub.



AFN.az-a BDU mətbuat xidmətindən verilən məlumata görə, festivalın keçirilməsində məqsəd tələbə və məzunları ölkənin aparıcı şirkətləri ilə bir araya gətirmək, onların əmək bazarına uğurlu inteqrasiyasını təmin etməkdir.



"Açıq qapı" formatında təşkil ediləcək festivalda digər universitetlərin tələbə və məzunları, həmçinin işsiz və işaxtaran şəxslər də iştirak edə bilərlər.



Festivalda tələbə və məzunların bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə "workshop" və seminarların keçirilməsi, simulyasiya və startap güşələrinin təşkili nəzərdə tutulub.



https://mail.afn.az/uploads/posts/2025-05/1-4.jpg[/thumb]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu