Türkiyədə 65 yaşlı kişi bacısını və onun ailəsini öldürdü: torpaq üstündə

Türkiyədə 65 yaşlı Mehmet D. torpaq mübahisəsi zəminində baş verən dava zamanı bacısını, bacısının ərini və onların oğlunu tüfənglə öldürüb.
AFN.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə Bartın şəhərində baş verib.
Belə ki, Mehmet D. ilə bacısı Havva D. (50), qaynı Abdullah D. (55) və bacısı oğlu Erhan D. (35) arasında dava düşüb. Mehmet D. ortaq istifadə etdikləri sahəni şumladıqlarını iddia edərək onları ov tüfəngi ilə vurub.
Silah səslərini eşidənlərin hadisəni xəbər verməsinin ardından əraziyə səlahiyyətli qurumlar gəlib.
Hadisəni törətdikdən sonra qaçan Mehmet D. polis tərəfindən saxlanılıb.