Starmerin evinə hücumda şübhəli bilinən üçüncü şəxs həbs edilib


London polisi, Böyük Britaniyanın baş naziri Keir Starmerin evini yandırmaqda şübhəli bilinən üçüncü şəxsi saxlayıb.

Bu barədə məlumatı “Reuters” hüquq-mühafizə orqanlarına istinadla yayıb.

Londonun terrorla mübarizə bölməsi tərəfindən araşdırılan iş üzrə 34 yaşlı şübhəli polis bölməsinə aparılıb və istintaq davam etdirilir.

Hadisə mayın 13-də Starmerə məxsus evdə yanğın baş verməsindən sonra gündəmə gəlib. Mayın 15-də Ukrayna vətəndaşı Roman Lavrinoviç bu iş üzrə ilk şübhəli şəxs kimi ittiham edilib və Londonun cənub-şərqindəki Sydenham şəhərində həbs olunub. O, ertəsi gün məhkəmə qarşısına çıxarılıb.

İkinci şübhəli şəxs isə mayın 17-də həbs edilib və ertəsi gün məhkəmə qarşısına çıxarılıb.

Polis orqanları istintaqın hərtərəfli davam etdirildiyini və ictimai təhlükəsizliklə bağlı zəruri tədbirlərin görüldüyünü açıqlayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu