Slovakiyanın baş nazirinə sui-qəsddə şübhəli bilinən şəxs məhkəmə qarşısına çıxarılıb


Slovakiyanın baş naziri Robert Fikoya hücumda şübhəli bilinən şəxs mayın 18-də məhkəmə qarşısına çıxarılıb.



Şənbə günü Slovakiyanın Pezinok şəhərində İxtisaslaşdırılmış Cinayət Məhkəməsi Fikonu vuran şəxs barəsində həbs-qətimkan tədbiri seçəcək.

SME qəzetinin qeyd etdiyi kimi, şübhəlinin daşınması zamanı xüsusi təhlükəsizlik tədbirləri görülüb. Onlarla regional polis zabiti və xüsusi təyinatlılar məhkəmə binasının qarşısındakı küçəni mühafizə edib, nə jurnalistlər, nə də ictimaiyyət nümayəndələri binaya daxil ola bilməyiblər.

Bir gün əvvəl Slovakiya Baş Prokurorluğunun mətbuat katibi Zuzana Drobova bildirib ki, həmin şəxsin həbs olunması ilə bağlı vəsatət verilib. Prokuror təqsirləndirilən şəxsin qaçması ehtimalı ilə əlaqədar həbs olunmasını, habelə cinayət əməllərini davam etdirməsini tələb edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu