Polşada Rusiyaya aparılan 5 ton təkər saxlanıb: alıcı Azərbaycan şirkətidir


Polşa gömrüyü Azərbaycana göndərilən “Boeing” təkərlərini saxladı

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Polşa Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Lyublin Gömrük və Vergi İdarəsinin əməkdaşları “Boeing” mülki təyyarələrinin şassilərində istifadə olunan beş tonluq təkərləri saxlayıblar.

Məlumata görə, təkərlər Belarusla sərhədə yaxın Koroşçin kəndində yük maşınına baxış zamanı aşkarlanıb. Yükün Rusiyaya tranzitlə gedən marşrutla hərəkət etdiyi qeyd olunur.

Göndərən şirkətin İspaniyadan olduğu, rəsmi alıcının isə Azərbaycanda fəaliyyət göstərən müəssisə olduğu bildirilib.

Hazırda gömrükçülər yükü saxlayıb, vergi dələduzluğu şübhəsi ilə cinayət işi başlanılıb. Araşdırma Lyublin Gömrük və Vergi İdarəsi tərəfindən aparılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu