Paxlava qutularında 2 milyondan çox narkotik həb aşkarlanıb


Səudiyyə Ərəbistanının Ciddə Limanı İslam Gömrük məntəqəsində paxlava qutularına gizlədilmiş 2 milyon 242 min 560 ədəd "kaptaqon həbi" ələ keçirilib.


Səudiyyə Ərəbistanı rəsmi agentliyinin (SPA) məlumatına görə, Ciddə Limanında Zəkat, Vergi və Gömrük İdarəsinin verdiyi açıqlamada, yüklərin gömrük rəsmiləşdirilməsi yoxlanışı zamanı paxlavaların altına gizlədilən plastik torbaların içərisində ümumilikdə 2 milyon 242 min 560 narkotik həb aşkar edildiyi açıqlanıb.

Narkotiklərlə Mübarizə Baş İdarəsi ilə koordinasiya nəticəsində sözügedən yükün alıcısı tutulub.

Gömrük idarəsi açıqlamasında ölkə iqtisadiyyatının və cəmiyyətinin qorunması üçün hər kəsi qaçaqmalçılıqla mübarizəyə dəstək olmağa çağırıb və belə hallarda müraciət edə biləcəkləri telefon nömrəsini və elektron poçt ünvanını paylaşıb.

Yükün haradan gəldiyi və tutulan 2 nəfər barədə məlumat verilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu