Ərəb ölkələri ABŞ-İran nüvə danışıqlarını dəstəklədilər


Ərəb Liqası ABŞ–İran Nüvə Danışıqlarını Dəstəklədi

Ərəb Liqası ölkələri Tehranın nüvə proqramı ilə bağlı yaranmış vəziyyətin dinc yolla həllini dəstəklədiklərini bəyan ediblər.

AFN.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bu barədə Bağdad sammitinin yekun sənədində qeyd olunub.

Bəyanatda deyilir: “Beynəlxalq arenada artan gərginlik diplomatiyanın zəiflədiyini və münaqişələrin həllində güc tətbiqinin artdığını göstərir. Bu kontekstdə İran və ABŞ arasında nüvə enerjisindən dinc məqsədlərlə istifadə üçün aparılan danışıqları dəstəkləyirik. Həmçinin, uranın zənginləşdirilməsi səviyyəsinin yalnız sülh məqsədli ehtiyacları qarşılamasına nəzarət edilməsinin vacibliyini vurğulayırıq.”

Sənəddə qeyd olunub ki, Omanın bu məsləhətləşmələrdə oynadığı vasitəçilik rolu da yüksək qiymətləndirilir.

Sammit iştirakçıları Yaxın Şərqdə nüvə və digər kütləvi qırğın silahlarından azad zona yaradılmasının vacibliyini təsdiqləyiblər. Bəyanatda həmçinin bütün maraqlı tərəflərə "Nüvə Silahlarının Yayılmaması Müqaviləsi"nə qoşulmaq çağırışı yer alıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu