Fransada taksi sürücüləri etiraz aksiyası keçirib


Fransanın müxtəlif şəhərlərində taksi sürücüləri hökumətin tibbi məqsədlə daşımaları tənzimləyən yeni qərarına etiraz olaraq aksiyalar keçiriblər.

Ölkənin taksi ittifaqlarının çağırışı ilə baş tutan nümayişlərə paytaxt Paris də daxil olmaqla bir çox böyük şəhərin sürücüləri qatılıb.

Taksi sürücüləri mayın 16-da hökumət tərəfindən qəbul edilən“tibbi daşımaların tənzimlənməsi” ilə bağlı qərara etiraz ediblər.

Yeni qərara əsasən, oktyabrın 1-dən etibarən xəstələrin daşınmasını həyata keçirən taksilərə vilayətə uyğun başlanğıc haqqı tətbiq olunacaq və ödənişlər məsafəyə əsasən hesablanacaq.

Sürücülər həmçinin nəqliyyat platformaları ilə rəqabətdə ədalətsizlik olduğunu bildirərək bu sahədəki rəqabət şəraitinə də etirazlarını bildiriblər.

Parisdə keçirilən etirazda nümayişçilər Nəqliyyat Nazirliyinin yaxınlığında avtomobillərin təkərlərini yandırıblar.

Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovu nəzarət altına alıblar. Polis isə nümayişçilərin nazirlik binasına yaxınlaşmasının qarşısını almaq üçün bibər qazı ilə müdaxilə edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu