Baydenə xərçəngin aqressiv forması diaqnozu qoyulub - KİV


Mayın 16-da həkimlər ABŞ-ın keçmiş prezidenti Co Baydenə prostat xərçənginin aqressiv forması diaqnozu qoyublar.



AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə keçmiş prezidentin nümayəndələrinin yaydığı bəyanatda deyilir.



“Xəstəliyin formasının daha aqressiv olmasına baxmayaraq, xərçəng hormonal terapiyaya cavab verir ki, bu da onu effektiv idarə etməyə imkan verir”, - deyə məlumatda bildirilir. Qeyd edilir ki, prezident və ailəsi hazırda həkimlərlə müalicə variantlarını öyrənirlər.



Baydenin 82 yaşı var. 2023-cü ilin mart ayında o, bədxassəli dəri zədəsini çıxarmaq üçün əməliyyat keçirdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu