Hikmət Hacıyev: “Diplomatları Füzuliyə gətirdik ki, erməni vəhşiliyini öz gözləri ilə görsünlər”
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində beynəlxalq ictimaiyyətin Ermənistanın Füzuli rayonuna vurduğu ziyanın miqyasını hesablaması barədə bildirib.
AFN xəbər verir ki, Hikmət Hacıyev yazıb:
“Beynəlxalq ictimaiyyət Ermənsitanın işğal dövründə Füzulinin dağıtmasının miqyasını qiymətləndirməlidir”.
O, qeyd edib ki, ölkəmizə akkreditə olunmuş səfirlər, beynəlxalq təşkilatların rəhbərləri və işğaldan azad edilmiş Füzuli rayonundadırlar.