Azərbaycan bu il 8,5 milyard dollarlıq neft və neft məhsulları ixrac edib


Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 26 milyon ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.



AFN Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 10 aylıq ixracın dəyəri 8,477 milyard ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövrünə nisbətən ixrac olunmuş məhsulun həcmi 3,2 %, dəyəri isə 34,6 % azalıb.

Neft və neft məhsulları Azərbaycanın ümumi ixracında payı 69,3 % paya malik olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu