Elektrik enerjisini “qeyri-neft” kimi təsnifata salıb fəxrlə yayıblar - EKSPERT


2023-cü ilin yanvar-fevral aylarında Azərbaycan 594 mln. 139 min dollarlıq qeyri-neft məhsulu ixrac edib.


AFN.az xəbər verir ki, bu, ötən ilin yanvar-fevral aylarına nisbətən 5,6% çox deməkdir. Bu haqda Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatda əksini tapıb.
İqtisadçı ekspert Natiq Cəfərli açıqlanan rəqəmləri şərh edərkən bildirib ki, ən çox ixrac olunan "qeyri-neft" məhsulu elektrik enerjisidir – 227 mln.
"224 min dollarlıq elektrik enerjisi satılıb, onu da “qeyri-neft” kimi təsnifata salıb fəxrlə yayıblar" - deyən iqtisadçının sözlərinə görə, rəsmi məlumatlara görə qeyri-neft ixracının tam 38,24%-i məhz elektrik enerjisinin payına düşüb: "Bunun nəyi "qeyri-neft" sektoru oldu ki?! Hökumət sadəcə təsnifatı dəyişib və ümumiyyətlə, neft - qeyri-neft sektoru anlayışı yanlışdı, Rusiyanın icadıdı. Normalda resurs - qeyri-resurs anlayışları olmalıdır. Biz enerjini əsasən mazut və qazdan istehsal edirik, bu da resurs iqtisadiyyatına aid edilməlidir".
N.Cəfərlinin sözlərinə görə, aqrar sektorun iki ayda ixracı cəmi 79 mln. 850 min dollardır, yəni, aya ortalama cəmi 40 mln. dollardan az kənd təsərrüfatı məhsulları ixrac edirik. Bax belə “uğurlu” iqtisadi siyasətimiz var və məlum olur ki, bizdə qeyri-neft sektoru elektik enerjisi sektoru imiş".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu