Keçən il 3 faiz kiçilən neft-qaz sektoru büdcəyə nə qədər gəlir verib?


Azərbaycan iqtisadiyyatında neft-qaz sektorunun payı kifayət qədər yüksək olaraq qalır. Xüsusilə ölkənin xarici ticarətində, daxil olan valyuta gəlirlərində bu sektor 90 faizdən yuxarı paya malikdir. Məsələn, 2022-ci ildə Azərbaycanın 38,1 milyard dollarlıq ixracının cəmi 3 milyard dolları qeyri-neft-qaz sektoruna aid məhsullardan ibarət olub.


Maraqlıdır ki, xarici ticarətdə, ixracda belə hökmran paya malik sektorun 2022-ci ildə ölkə üzrə iqtisadi artıma hər hansı töhfəsi olmayıb. AFN.az xəbər verir ki, iqtisadçı-ekspert Rövşən Ağayev məsələni şərh edib. Onun sözlərinə görə, ötən il iqtsadiyyatın 4.6 faiz böyüdüyü şəraitdə neft-qaz sektoru real olaraq 3 daiz azalıb: “Amma yenə də yapıb-yapacağını - neft sektorunun büdcəyə ödəmələri 2021-ci illə müqayisədə 1.8 milyard manata yaxın artaraq 15.3 milyard manata çatıb. İqtisadi artımın mühərriki olan qeyri-neft sektorunun 2022-ci ildəki artımı hesabına büdcəyə töhfəsi neft sektorunun töhfəsinin cəmi 25 faizi qədər olub. Yenə də büdcənin neftdən asılılığı 50 faiz ətrafında olub. Vergi orqanlarının xəttilə 7 milyard manata yaxın artan büdcə gəlirlərinin 75 faizini 3 faiz azalan neft-qaz sektoru, 25 faizini isə 9 faiz böyüyən qeyri-neft sektoru təmin edib.
Neft Fondunun büdcəsində yaranan təxminən 5 milyard dollarlıq profisitin ölkənin valyuta ehtiyatlarının böyüməsinə verdiyi töhfə də öz yerində.
Bir sözlə, 2022-ci ildə də neft-qaz sektoru iqtisadiyyat üçün oyandığı "pul kisəsi" rolunu oynamaqda daha uğurla etdirə bilib.
Nominal ÜDM-nin formalaşmasında neft-qaz sektorunun payı isə 36 faizdən 48 faizə yüksəlib”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu