Yanvarda Azərbaycan xam neft ixracını cüzi artırıb
Bu ilin yanvar ayı ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 4 mln 014 min 270,28 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 1 mlrd 359 mln 732,8 min ABŞ dolları təşkil edib.
Bu ilin ilk ayında ixrac olunmuş məhsulun miqdarı ötən ilin müvafiq dövründən 0,7 % çox, dəyəri isə 30,64 % azdır.
Bu məhsulların Azərbaycanın ümumi ixracında payı 83,73 % olub.