Suriyada terror hücumu zamanı 5 nəfər ölüb, 85-i yaralanıb
Suriyanın şimalında müxaliflərin nəzarətində olan Azez şəhərinin Siccu kəndində partlayıcı quraşdırılmış avtomobil partladılıb.
APA “Anadolu”ya istinadən xəbər verir ki, insident nəticəsində 5 dinc sakin ölüb, daha 85-i yaralanıb.
Məlumata görə, yaralılardan vəziyyəti ağır olan 15 nəfər Türkiyə xəstəxanalarına yerləşdirilib.