Abituriyentlərin buraxılış imtahanlarının fərqli günlərdə keçirilməsi narazılıq yaradır – ETİRAZ




Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirildi.



NOCOMMENT.az xəbər verir ki, respublikanın 39 şəhər və rayonunda keçirilən imtahanlarda 26 minə yaxın şagird iştirak edib.

İmtahanlar iyunun 10-dan başlamaqla hər həftə sonu keçiriləcək. Müəyyən edilmiş siyahı üzrə bir qism rayon və şəhərlərdə iyunun 10-da, digər şəhər və rayonlar üzrə imtahanlar isə (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul imtahanları) ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftəsonu günlərində keçiriləcək.

Lakin, bu gün imtahan verən abutiriyentləri narahat edən məsələlərdən biri imtahan sisteminin təşkil olunmasında ortaya çıxan bəzi məqamlardır. Belə ki, 11-ci sinif orta təhsil buraxılışları, xüsusən repititor yanına gedənlər eyni şəhərin abituriyentləri eyni fənnlər və qruplar üzrə hazırlaşdıqları bir vaxtda imtahanları zaman intervalı üzrə bölünüb.

Belə ki, eyni ali təhsil müəssisəsinə hazırlaşan bir şəhər və ya rayonun müəllimin iki şagirdindən biri iyunun 10-da, digəri isə bir müddət sonra imtahan verməli olacaq. Bu zaman ikinci imtahan verən abituriyentin hazırlaşmaq üçün əlavə zamanı, həmçinin iyunun 10-da imtahana düşən proqram və suallar ilə bir daha tanış olaraq əlavə özünü inkişaf etdirmək üçün vaxt və baza əldə etmiş olacaqlar.

Sözü gedən məsələ ilə bağlı DİM-dən bildirildi ki; “Bu indiki mərhələdə Sumqayıt, Abşeron və Bərdə rayonlarıdır. Uşaqların sayının cox olması ilə əlaqədardır. Hərəkət sıxlığı, uşaqların sayı çox olmasın deye edilib. Sumqayıtda 11-lərin buraxılış və 9-ların Azərbaycan dili imtahanı var. Azərbaycan dili imtahanı verənlərin sayı təbii ki, dəfələrlə azdır. Ancaq 11-ci sinif buraxılışı çoxdur. Ona görə də 11-ci siniflərin yarısı ilk imtahan həftəsində, digər yarısı isə sonra verəcək”.

Bu isə bir mənalı olaraq iyunun 20-də imtahan verəcək abituriyentin iyunun 10-da imtahan verən abituriyent üzərində üstünlük qazanmasına şərait yaradacaq.

Qeyd edək ki, tam orta təhsil səviyyəsi üzrə 11-ci sinif aituriyentləri yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması məqsədilə keçirilən buraxılış imtahanları 2020-ci ildə də 2019-cu ildə olduğu kimi Azərbaycan (rus, gürcü) dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilir. İmtahanda şagirdlərə təqdim olunan tapşırıqların fənlər üzrə və ümumilikdə sayında dəyişiklik yoxdur. İmtahanda şagirdlərə ötən il olduğu kimi Azərbaycan (rus, gürcü) dili fənnindən 30, riyaziyyat fənnindən 25 və xarici dil fənnindən 30 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunur.

Xatırladaq ki, üzrlü səbəblərdən (xəstəlik və ya karantin rejimi ilə əlaqədar başqa şəhərdən (ölkədən) gələ bilməmək və s. ) 9-cu və 11-ci sinif buraxılış imtahanlarında iştirak edə bilməyən cari ilin məzunları üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək və həmin şəxslərin yekun attestasiyası aparılacaq.

Lakin ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verən abituriyentlər müsabiqədə iştirak etmək üçün şəhər və rayonların qrafikinə uyğun keçiriləcək imtahanlarda iştirak etməlidirlər. Bu imtahanlarda iştirak etməyənlər ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə buraxılmayacaqlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu