Yerevanda marşrut sürücüləri aksiya keçirib
Ermənistanın paytaxtı Yerevan şəhərində marşrut sürücüləri etiraz aksiyası keçiriblər.
“Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.
Aksiya iştirakçıları bildiriblər ki, fövqəladə vəziyyət tətbiq ediləndən sonra ictimai nəqliyyatın fəaliyyəti dayanıb və onlar qazancdan məhrum olublar. Sürücülər sosial dəstək alıb-almayacaqlarını bilmək istəyirlər. Onlar fəaliyyətlərinə icazə veriləcəyi halda belə kifayət qədər sərnişinin olub-olmayacağından da şikayətləniblər.
Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət rejimi aprelin 16-dək davam edəcək. Apreln 13-də Ermənistan hökuməti bu vəziyyətin mayın 30-dək uzadılmasına dair qərar qəbul edib.
Xatırladaq ki, ölkə üzrə 1 067 yoluxma hadisəsi, 16 ölüm faktı qeydə alınıb.