Bişkekdə fövqəladə vəziyyət elan edildi
Qırğızıstanın paytaxtı Bişkekdə fövqəladə vəziyyət elan edilib.
Trend-in məlumatına görə, ölkə prezidenti Sooronbay Jeenbekovun fərmanına əsasən, fövqəladə vəziyyət oktyabrın 9-dan oktyabrın 21-dək davam edəcək.
Eyni zamanda, bu müddət ərzində paytaxt ərazisində komendant saatı tətbiq edilir.
Bu qərar ölkədə davam edən toqquşmalarla bağlı qəbul edilib.
Qeyd edək ki, Qırğızıstanda oktyabrın 4-də keçirilmiş parlament seçkilərinin nəticələrinə etiraz olaraq aksiyalar keçirilib. Etirazlar zamanı 1,2 mindən çox şəxs yaralanıb, 1 nəfər həyatını itirib.