“Bilmədim, məni haradan tutdu, necə oldu” - Koronaviruslu xəstə danışdı+VİDEO




“Xəzər xəbər”in əməkdaşları Azərbaycanda koronavirus xəstəliyinə yoluxmuş xəstələrin müalicə olunduğu xüsusi rejimli xəstəxanada olublar.



Burada müalicə alan xəstələrin əksəriyyəti heç vaxt virusa yoluxmayacaqlarını düşünüblər. Hazırda isə yaşam uğrunda mübarizə aparırlar.

“Heç ağlımın ucundan keçməzdi ki, mən xəstələnərəm. Bu, bilmədim, məni haradan tutdu, necə oldu. Dönə-dönə hamıya deyirəm ki, mən, məsələn, səhlənkarlıq etdim, ziyanını çəkdim”, - koronavirusa yoluxan xəstələrdən biri deyib.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın ən son məlumatına əsasən, Azərbaycanda 147 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 6 nəfərin vəziyyəti ağır, 11 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ölkədə infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif karantin zonalarına yerləşdirilən 3485 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər görülür.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu