WhatsApp COVID-19-la bağlı çatbot yaratdı: İstəyən qoşula bilər




WhatsApp messenceri Ümumdünya Səhiyyə Təşkilatınn koronavirus COVID-19 haqqında yaydığı məlumatları çatdıran chatbotu işə salıb.



Şirkətdən verilən məlumata görə, ÜST-ün "Health Alert” kanalından istifadəsi pulsuzdur. Çatbot istifadəçilərə müvafiq və etibarlı xəbərlər barədə məlumat verir, infeksiya barədə şayiələrə aydınlıq gətirir, xəstəliklərin qarşısının alınması və səyahətlər barədə tövsiyələr verir.

Xidmətdən istifadə etmək üçün ÜST-ə məxsus + 41-79-893-1892 nömrəsinə Hi ("Salam" – İngiliscə) yazıb göndərməlisiniz. Məlumat ingilis dilində verilir, lakin yaxın gələcəkdə BMT-nin bütün rəsmi dillərində - rus, ərəb, çin, fransız və ispan dillərində yayımlanması planlaşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu