Türkiyədə general koronavirusdan öldü




Türkiyədə istefada olan general Aytaç Yalman koronavirusdan ölüb.

“HaberGlobal” məlumat verir ki, martın 16-sı generalın həyatını itirməsinə koronavirusa yoluxması səbəb olub.

A.Yalmanın həyat yoldaşının da koronavirusa yoluxduğu və müalicə olunduğu bildirilir.

Bununla da Türkiyədə koronavirusdan ölənlərin sayı üçə çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu