Koronavirus insan öləndən sonra təhlükəli deyil – BAŞ İNFEKSİONİST




“Havaların istiləşməsi ilə koronavirusun yayılması yavaş-yavaş səngiyəcək”.



Bu barədə Lent.az -a açıqlama verən ölkənin baş infeksionisti Cəlal İsayevin sözlərinə görə, isti ölkələrdə də xəstəlyin görülməsi həmin virusun o ölkələrə insanlar vasitəsilə aparılmasının nəticəsidir: “Virus 37 dərəcə temperaturda yox olur. İsti ölkələrə virus digər ölkələrdən gedən insanlar vasitəsilə yayılır”.

Yeni növ koronavirusa yoluxanların öldükdən sonra necə dəfn olunmasına, virusun ölmüş orqanizmdə yaşayıb-yaşamamasına aydınlıq gətirən baş infeksionistin sözlərinə görə, virusun yaşaması üçün canlı toxumalar lazımdır: “Virusların inkişafı üçün canlı toxumalar lazımdır. Ona görə də insan öldükdən sonra orqanizmində yaşaması fikri doğru deyil. Bu virusdan ölənlər də adi qripdən ölən insanlar kimi dəfn olunur. Yəni adi qaydada. Cəsədlərin yandırılması fikri doğru deyil”.

Qeyd edək ki, İranda koronavirusdan ölənlərin yandırılması ilə bağlı şaiyələr yayılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu