Ərdoğan “S-400”ün istismar tarixini açıqladı




Aprel ayından etibarən “S-400” zenit-raket kompleksi işə salınacaq”.

“Report” “Habe7”yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında bildirib.

“Rusiya keçmişdə həssas məsələlərdə verdiyi sözü yerinə yetirməyib, öhdəliklərinə əməl etməyib. Buna oxşar vəziyyət Liviyadan Suriyayadək olan bir ərazidə Türkiyənin təhlükəsizliyi yenə təhdid oluna bilərmi” sualına cavabında R.T.Ərdoğan deyib: “S-400” artıq bizim malımızdı. Onun bütün hissələri əlimizdədir. Apreldən artıq fəaliyyətə başlayacaq. Ancaq amerikalı məsul şəxslərə yenə söyləyirəm: “Əgərə bizə “Patriot” versəniz, sizdən də “Patriot” alarıq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu