Bakıda kişini şantaj edən şəxs saxlanıldı
Bakı sakini şantaj edilib.
“Report”un xəbərinə görə, 1960-cı il təvəllüdlü H.Hüseynov polisə ərizə ilə müraciət edərək bildirib ki, sosial şəbəkələrdə tanış olduğu Kürdəmir rayon sakini, 1995-ci il təvəllüdlü E.Məmmədov onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib.
Daha sonra E.Məmmədov H.Hüseynovdan 200 manatı hədə-qorxu ilə tələb edərək alıb.
Metropolitendə Polis Şöbəsi Cinayət Axtarış Qrupunun keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində E.Məmmədov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.