Koronavirusun yayılma coğrafiyası genişlənir




Cənubi Asiyada yerləşən Butanda koronavirusa ilk yoluxma faktı aşkarlanıb.

“Report” xəbər verir ki, bunu ölkənin Nazirlər Kabineti açıqlayıb.

Virusa yoluxmuş şəxsin 76 yaşlı ABŞ vətəndaşı olduğu bildirilib. O, martın 2-də Butana gəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. İndiyə qədər epidemiya 90 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 98 424-ə çatıb. Bunların 55 638 nəfəri sağalıb, 3 386 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu