Qarabağ qazisi təcili əməliyyat olunmalıdır! - FOTOLAR




Musayev Vəkil Famil oğlu I qrup Qarabağ müharibəsi əlilidir. 1992-ci ildə ermənilərlə müharibədə sağ ayağını itirib. Möcüzə nəticəsində sağ qalıb. O vaxtkı xəsarətlərin fəsadları inkişaf edərək, bu gün onun səhhəti ilə bağlı ağır vəziyyətin yaranmasına səbəb olub.



AFN xəbər verir ki, bunu tanınmış jurnalist Məğrur Əli Polad bildirib. Onun sözlərinə görə, F.Musayev bir aya yaxındır ki, "Semaşko" xəstəxanasında müalicə olunur: "Təcili şəkildə qaraciyər əməliyyatı olunmalıdır. Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva başda olmaqla, dövlətimizin yardımına ümid edir, tək buraxılmayacağına inanır. Gəlin, birlikdə qazi qardaşımıza kömək göstərək. Ölkəmiz və vətəndaşlarımız uğrunda canının bir parçasını qurban vermiş Vətən oğluna edə biləcəyimizi onun sağlığında edək! Axı o hər birimizin qardaşı, axı o bizlərdən biri, axı o, bir çoxumuzdan öndədir!"
Qeyd edək ki, F.Musayevə həyat yoldaşı donorluq etməyə razıdır. Geriyə qalan köçürmə əməliyyatı üçün gərəkən vəsaitin təşkil edilməsidir. Onun ailəsi ümidini prezident İlham Əliyevə və I vitse-prezident Mehriban Əliyevaya bağlayıb. Əziz oxucular, paylaşaq, ictimailəşdirək, qazimizin səsi olaq! Ümid edək ki, o səs lazımi ünvanlara çatacaq və qazimizin həyatı xilas olacaq.







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu