İranda koronavirusa görə təhsil müəssisələri bağlandı




İranda koronavirusa görə məktəb və universitetlərdə martın 20-nə kimi tətil elan olunub.


Bunu İranın Səhiyyə naziri Səid Nəməki bu gün koronavirusla mübarizə qərargahının verdiyi qərarlar haqqında danışarkən deyib. Onun sözlərinə görə, bundan sonra bütün şəhərlərin giriş-çıxışında koronavirusa yoluxmada şübhəli bilinən şəxslər 14 gün karantinə alınacaq: "Universitetlərə qəbul imtahanları təxirə salınıb. Xəstəliyə yoluxduğunu gizlədən şəxslər cəzalandırılacaq".

Səhiyyə naziri əhalini evlərdən çıxmamağa çağırıb: "Xəstəliyin yayılma sürəti çox və ciddidir".

S.Nəməki vətəndaşları Novruz bayramı tətilində səfərlərdən çəkinməyə çağırıb. Nazir dövlətin özəl sektora yardım edəcəyini vurğulayıb.//APA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu