Rusiya tibbi maskaların ölkədən çıxarılmasını qadağan etdi




Rusiya hökuməti bir sıra məhsulların ölkədən çıxarılmasının müvəqqəti olaraq qadağan edilməsi ilə bağlı qərar verib.

“Report” xəbər verir ki, qərar Rusiyanın Nazirlər Kabinetinin saytında dərc edilib.

Koronavirus infeksiyasının geniş yayılması ilə əlaqdar qəbul edilmiş qərara qoruyucu maska, dezinfeksiyaedici və virusa qarşı maddələr, qoruyucu respirator və gözlüklər, baxillər və digər tibbi ləvazimatlar daxil edilib.

Qeyd edilir ki, yasaq humanitar yardım və vətəndaşların birdəfəlik şəxsi istifadəsi üçün çıxarılan məhsullara şamil edilmir.

Sənəddə qadağanın iyunun 1-dək qüvvədə qalacağı bildirilir.

Qeyd edək ki, Rusiyada indiyədək 3 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Onların 2 nəfər artıq sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 80 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 93 191-ə çatıb. Bunların 51 002 nəfəri sağalıb, 3 203 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də yeni növ pnevmoniyanın adını COVID-19 qoyub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu