Rusiyadan külli miqdarda qızıl qaçırmaq istəyən erməni həbs edildi




Rusiyanın Saxa Respublikasında (Yakutiya) Ermənistandan gələn şəxsdən 11 milyon rubl (284 000 AZN) dəyərində qızıl müsadirə olunub.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, o, 3 kq təbii qızılı satış məqsədi ilə Yakutiyadan çıxartmaq istəyib.

Məlumata görə, ona qarşı cinayət işi açılıb.

Qeyd edək ki, Yakutiya Rusiyanın almaz, qızıl, qaz, kömür, gümüş və mis çıxarılma mərkəzi sayılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu