Abızov həbsxanada evlənməyə hazırlaşır




Rusiyanın sabiq açıq hökumət naziri Mixail Abızov həbsxanada evlənməyə hazırlaşır.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, sabiq nazir stüardesa sevgilisi Valentina Qriqoryeva ilə nikaha daxil olacaq. Cütlüyün nikah mərasimi martın 25-də keçiriləcək.

Valentinanın sözlərinə görə, Mixail Abızov hələ bir neçə ay əvvəl ona evlənmə təklifi edib.

Qeyd edək ki, cütlüyün 2 yaşlı oğlu var.

Xatırladaq ki, Abızov 2019-cu ilin martında həbs edilb. O, 32 milyard rubl qanunsuz gəlir əldə etməkdə və 4 milyard rubl mənimsəməkdə ittiham olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu