Təlimlərdə döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilib - VİDEO
Genişmiqyaslı komanda-qərargah təlimlərinin planına uyğun olaraq, döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilib.
Bu barədə AFN-ə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Döyüşə hazır vəziyyətə gətirilən təyyarə və helikopterlər ehtiyat aerodromlara çıxarılıb və hava hücumundan müdafiə vasitələrinin ərazidə yerləşdirilməsi sona çatdırılıb.