Tehranda koronavirusa qarşı tədbirlər görülür - FOTO




Tehranda koronavirusun yayılması təhlükəsi ilə bağlı ictimai nəqliyyatda dezinfeksiya işləri görülür.

“Report” İRNA-ya istinadən xəbər verir ki, avtobusların və metro qatarlarının dezinfeksiyası müəyyən saatlarda müxtəlif yerlərdə həyata keçirilir.

Bununla yanaşı, koronavirusa yoluxma hallarının aşkarlandığı Qum şəhərinə 400 min tibbi maska göndərilib.

Xatırladaq ki, koronavirusdan 2 nəfərin öldüyü İranda ötən gün daha 3 nəfərin yoluxduğu aşkar olunmuşdu.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu