Qızının xəstə olduğunu öyrənib intihar etdi




Ağstafa rayonunda qızının xəstə olduğunu bilən ana intihar edib.



Hadisə rayonun Zəlimxan kəndində baş verib.

Həmin kəndin sakini, 77 yaşlı Gülşən Əliyeva özünü həyətindəki yardımçı tikilidə asıb.

Ahıl qadının intiharına səbəb isə qızının səhhətində yaranan problemlərlə əlaqədar olub. O, övladının boğazında şiş olmasını eşidib. Bundan sonra qadın depressiyaya düşərək intihar edib.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma aparılır.(Report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu