Bakıda qəbiristanlıqdan oğurluq edən şəxslər tutuldu




Yasamal rayonunda qəbiristanlıqda oğurluq edən şəxslər saxlanılıb.

AFN xəbər verir ki, Yasamal Rayon Polis İdarəsi (RPİ) 28-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 8-də rayon ərazisindəki bir qəbirin üzərində quraşdırılan bürüncdən hazırlanan lövhəni sökərək oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri N.Yarıyev, əvvəllər məhkum olunmuşlar – H.Mustafayev və S.Vahabov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu