Bakıda azyaşlının qarnından çıxanlar şoka saldı - FOTO




Bakıda daha bir uşaq maqnit udub.

AFN.AZ “report”a istinadən xəbər verir ki, 5 yaşlı uşaq ehtiyatsızlıqdan 8 ədəd maqnit udub. Uşağın valideynləri həkimə müraciət ediblər.

Məlum olub ki, maqnitlər uşağın nazik bağırsağını deşib.
Həkimlər əvvəlcə qapalı əməliyyat edərək maqnitlərin 4-nü, daha sonra açıq əməliyyat həyata keçirilərək digər 4 maqniti bağırsaqdan çıxarıb.

Maqnitlərin yaratdığı fəsadlar aradan qaldırılıb.

Hazırda uşağın vəziyyəti yaxşıdır və müalicəsini evdə davam etdirir.

Qeyd edək ki, bir neçə gün bundan qabaq 2 yaşlı uşaq 5 ədəd maqnit udmuşdu.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu