Xocalı faciəsinin canlı şahidi, Qarabağ qazisi Familə Novruzova dünyasını dəyişdi




Xocalıda özünümüdafiə taborunda döyüşən Qarabağ qazisi Familə Novruzova dünyasını dəyişib



Qaziler.az bildirir ki, yeganə qadın döyüşçü kimi Xocalıda əlinə silah alaraq erməni faşistlərinə qarşı döyüşmüş Familə Novruzova haqqın dərgahına qovuşub.

Qeyd edək ki, Familə Novruzova Xocalıya ibtidai sinif müəllimi kimi təyinatla gedib. 1992-ci ildə döyüşlərin kəskinləşdiyi vaxtda o, qələmini, jurnalını silahla əvəzləyib, əsgərlərlə çiyin-çiyinə vuruşub. O, Xocalı soyqırımınının canlı şahidlərindən olub.

Qadın döyüşçü Xocalıya müəllimə işləmək üçün getmişdi. Lakin sonra kiçik gizir rütbəsi ilə döyüşçü kimi qayıdıb.

O, 1957-ci ildə Bərdədənin Əmirli kəndində doğulub. XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının canlı şahidi olub. Familə Novruzova 1991-ci ildə Xocalıya təyinatla gedərək Qaladərəsi kənd məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyətə başlayıb. Getdiyi vaxtdan bir neçə ay sonra dəhşətli faciənin şahidi olub...

1991-ci ildən 1996-cı ilə qədər Azərbaycanın bütövlüyü uğrunda döyüşlərin iştirak edən Familə Novruzova yaralanaraq II qrup Qarabağ əlili olub.

“Qarabağ qaziləri“ İctimai Birliyi Familə Novruzovanın vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu