Zobcuq sakinləri Vüqar Bayramovu böyük təntənə ilə qarşılayıb - FOTOLAR




84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramov Füzuli rayonunda seçicilərlə görüşlərini davam etdirir.



Bu gün (25.01.202) səhər Zobcuq qəsəbə sakinləri Vüqar Bayramovu böyük təntənə ilə qarşılayıb. 500-dən çox seçicinin iştirak etdiyi görüşdə fəaliyyət planını açıqlayan Vüqar Bayramov məhz onlara xidmət etmək üçün bu dairədən namizədliyini irəli sürdüyünü deyib: “Mən də məcburən köçkünəm. Torpaqlarımız işğal olunanda orta məktəbdə oxuyurudum. Köçkünçülük dövründə Bakıda yataqxanada məskunlaşmışdıq. Sizin kimi mən də əziyyətlərə qatlaşmışam. Ancaq oxumuşam. Ölkədə ali və aspirantura təhsilimi bitirdikdən sonra xaricdə daha yaxşı təhsil almışam. Vətənə xidmət etmək üçün ölkəmə qayıtmışam. Bu gün belə bir imkan yaranıb ki, Sizin dərdlərinizi, fikirlərinizi öyrənib, qanunvericilikdə müvafiq dəyişikliklər olunmasına çalışım. Sizin daha yaxşı, daha təminatlı yaşamanız üçün fəaliyyət göstərim.”
Görüş səmimi atmosferdə keçib. Çıxış edən seçicilər Vüqar Bayramovu parlamentdə görmək istədiklərini, 9 fevralda Füzuli camaatını daha yaxşı təmsil edəcək namizədə səs verəcəklərini bildiriblər.
Görüşdə Vüqar Bayramovun vəkillərindən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Akif Musayev və professor Qalib Qarayev iştirk ediblər.
















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu