Vilyam Hacıyevə bayraq ittihamı: "Belinizdəki kəməri satsanız..." - FOTOLAR




İmişli rayon İcra Hakimiyyətinin yaxınlığında, rayon dəmiryolu vağzalının qarşısındakı bayraq dirəyi 1 ildən çoxdur ki, boş qalıb.



AFN xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri məlumat verib. Rayonun icra başçısı Vilyam Hacıyevi ittiham edən İmişli sakinləri ondan bayrağı yerinə asdırmağı tələb edirlər: "Vilyam Hacıyev belinə taxdığı kəmərini satsa, yüzlərlə bayraq alar. Bayraq cırılır deyə tədbirdən-tədbirə asırlar. Bayraq dirəyi varsa başında bayraq yellənməlidir. Biz o bayrağı yerinə asdırmamış əl çəkməyəcəyik!"

İmişli RİH-in şöbə müdiri Mirzə Quliyev AFN-ə açıqlamasında bildirdi ki, məlumat yalandır: "Bayraq köhnəlmişdi, 3-4 gün əvvəl yenisi ilə əvəzlənib. Həmin vaxt da götürüb boş dirəyin şəklini çəkiblər. Boş-bekar adamlardır".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu