Bakılı milyarder barədə Afrikada cinayət işi qaldırıldı




Anqolanın keçmiş prezidenti Eduardo duş Santuşun qızı İzabel duş Santuşa ittiham elan olunub.



Lent.az -ın xarici KİV-ə istinadən məlumatına görə, 47 yaşlı İzabel vəzifə səlahiyyətlərini aşmaqda, dələduzluqda, sənəd saxtalaşdırılmasında suçlu bilinir.

Anqola hüquq-mühafizə orqanları xanım duş Santuşu “Sonangol” neft şirkətinə rəhbərlik edərkən bəzi cinayətlərdə də ittiham edib.

Qeyd edək ki, İzabel duş Santuş 1973-cü ildə Bakıda anadan olub. Onun atası Joze Eduardo duş Santuş Bakıda Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda (indiki Dövlət Neft və Sənaye Universiteti) təhsil alıb. O, burada Penza sakini, onunla birgə bu ali məktəbdə oxuyan Tatyana Kukanova ilə tanış olur və evlənir. Bu izdivacdan isə İzabel duş Santuş dünyaya gəlir. İzabel Afrikanın ilk qadın milyarderidir. Onun varidatının 3 milyard dollar civarında olduğu bildirilir.

********************************************************************************

Hosting satışı ilə maraqlanırsınızsa, Hostimul.com-u ziyarət edin və təklifləri nəzərdən keçirin. Biznesinizi rəqəmsal dünyaya inteqrasiya etmək istəyirsinizsə, təklif olunan paketləri dəyərləndirə və ehtiyaclarınıza uyğun olan paketi seçə bilərsiniz. Hər-hansı bir sual yaranarsa, “live chat” vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Daha geniş məlumat almaq istəyirsinizsə daxil olun: https://hostimul.com/az/hosting-satisi/



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu