Bakı Yol Polisi İdarəsinə yeni rəis təyin edildi - ƏMR




Bakı Dövlət Yol Polisi İdarəsinə yeni rəis təyin edilib.




AFN-in xəbərinə görə, daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə bu posta Rəşad Priyev gətirilib.

BDYP-nın rəisi Nuşirəvan Səfərov işdən azad olunandan sonra rəis vəzifəsini R.Priyev icra edirdi.

Bu gün isə onun vəzifəsi rəsmiləşdirilib.

Yeni rəis bu təyinata qədər İdarənin rəis müavini işləyib. Ondan əvvəl isə Beyləqan Rayon Polis Şöbəsinin rəisi olub.
Rəşad Priyev Qarabağ döyüşlərinin fəal iştirakçısı olub, qazidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu