592 saylı marşrut xəttinin hərəkət trayektoriyası dəyişdirilib




Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti 592 saylı marşrut xəttinin hərəkət trayektoriyasını dəyişdirib.



Xidmətdən AFN-ə verilən məlumata görə, Əliçıraq yaşayış massivinin sakinlərinin çoxsaylı xahişlərini və Bakı Beynəlxalq Avtovağzal Kompleksinə gələn sərnişinlərin sıxlığını nəzərə alaraq marşrutun hərəkət trayektoriyasının aşağıdakı şəkildə yeni istiqamət müəyyən edilməsi ilə bağlı sərəncam verilib. Artıq sərəncama uyğun olaraq 592 saylı marşrut xətti başlanğıcını Əliçıraq yaşayış massivindən götürərək Mehdiabad bazarı, 5 nömrəli orta ümumtəhsil məktəbi, Abşeron Gənclər Şəhərciyi, Binəqədi Mərkəz, Xırdalan dairəsi olmaqla son dayanacağını Bakı Beynəlxalq Avtovağzal Kompleksində yekunlaşdıracaq. Sərəncamın icrasına bu gündən başlanılacaq və artıq 592 saylı xəttin yeni istiqamətdə hərəkət edən marşrutu "592A" adı ilə sərnişinlərə xidmət edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu