Bakıda həyətləri su basdı, 3 nəfər xilas edildi




Paytaxtda gün ərzində yağan yağış nəticəsində Binəqədi və Xətai rayonlarında yaşayış evlərinin həyətlərini su basıb.



Fövqəladə Hallar Nazirliyindən Qaynarinfo-ya daxil olan məlumata görə, nazirliyin "112” qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi və Xətai rayonlarında yağan yağışlar nəticəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrinin yağış suları ilə dolması və 3 nəfərin köməksiz vəziyyətdə qalması ilə bağlı müraciət daxil olub.

Çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşlara müvafiq köməklik göstərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu