Prezident Azərbaycanda kölgə iqtisadiyyatının şəffaflaşmasına çalışır




Prezident İlham Əliyevin çıxışlarını biz hərtərəfli və dərindən təhlil etsək, son dövrlər diqqət yetirdiyi məsələ kölgə iqtisadiyyatının şəffaflaşmasıdır.



Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov mətbuat konfransında deyib. E.Rustəmov deyib ki, şəffaflanmamış biznesin banklardan kredit götürməsi halları azdır:

"20-30 min rəsmi gəliri olan adam istehlak kreditləri götürə bilər. Burada diskriminasiya mümkün deyil. İstehlak kreditləri bir hissəsi təminatsız kreditlərdir və girov təminatı yoxdur".

Sədr bildirib ki, biznes nümayəndələri banka kredit üçün gələndə təqdim edəcəkləri heç bir sənədləri, normal balansları, aktivləri olmur:

"Bu biznesin bank, maliyyə sektorunun inteqrasiyyasını çətinləşdirən amillərdən biridir. Digər amilləri də mən göstərə bilərəm. Mən illərlə bu işlərlə məşğul olmuşam və prezidentin qarşımıza qoyduğu əsas məsələ iqtisadi mühitin formalaşması, sağlamlaşması istiqamətindədir. O cümlədən də biznes və bank arasında AMB tərəfindən aktiv dialoqların qurulması mühüm bir məsələdir. Burada biznes, banklar maraq və konteksləri müzakirə edilməlidir. Dövlətin maraqları burada aydındır. İslahatlar vasitəsilə bankların biznes modelini biz dəyişməliyik. Bu istiqamətdə görülməli işlər var".

"Uzun illərdir banklar tərəfindən qaldırılan məsələsi girovların reallaşdırılması prosesinin sadələşdirilməsi, vaxtın azaldılmasıdır. Təkliflər var, təssüf ki, biz hələ bu üzrə işlər görməmişik. Girovların realizasiyası uzun müddət çəkir. Banklar kreditləri əmanətlərin hesabına verir. Bank maraqlıdır ki, tez bur zamanda girovları götürsün. Verdiyi vəsaitin bir hissəsini bərpa etsin", - deyə AMB sədri qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu