ABB-dən inanılmaz geriləmə, külli miqdarda əmanətlər geri çəkilir – HESABAT


“Azərbaycan Beynəlxalq Bankı” (ABB) 2023-cü ilin III rübünə olan hesabatını açıqlayıb.


ABB-nin III rüb üzrə açıqladığı hesabata görə, bankın aktivləri ilin əvvəlinə nəzərən 2 milyard 604.090 milyon manat azalaraq 11 milyard 434.796 milyon manata enib. Xatırladaq ki, 2023-cü ilin əvvəlində bankın aktivləri 14 milyard 38.886 milyon manat təşkil edib.

Bank tərəfindən 2023-cü ilin III rübündə bankın kredit portfeli 4 milyard 488.985 milyon manat təşkil edib. İlin əvvəlində bankın kredit portfeli 3 milyard 530.582 milyon manat idi. Beləliklə, portfel 958.402 milyon manatlıq artımın nümayiş etdirib.

2023-cü ilin III rübündə kreditlər müştərilərə üç istiqamətdə verilib: istehlak, biznes və daşınmaz əmlak kreditləri. Hər üç istiqamətdə verilmiş kreditlərin həcmində artım müşahidə olunub. Belə ki, 2023-cü ilin əvvəlində 972.708 milyon manat olan istehlak kreditləri 304.863 milyon manat artaraq 2023-cü ilin III rübündə 1 milyard 277.572 milyon manata, 1 milyard 637.937 milyon manat olan biznes kreditləri 449.419 milyon manat artaraq 2 milyard 87.357 milyon manata, 919.937 milyon manat olan daşınmaz əmlak kreditləri 204.119 milyon manat artaraq 1 milyard 124.056 milyon manata çatıb.

2023-cü ilin III rübündə ABB-yə 8 milyard 262.162 milyon manat depozit qoyulub. İlin əvvəlində bu göstərici 10 milyard 622.352 min manat təşkil edib.

2023-cü ilin əvvəlinə nəzərən cari ilin III rübində fiziki şəxslərin banka qoyduğu depozit 151.998 milyon manat artaraq 1 milyard 907.079 milyon manatdan 2 milyard 59.077 milyon manata yüksəlib.

2023-cü ilin əvvəlində hüquqi şəxslərin banka qoyduğu depozit 8 milyard 715.273 milyon manat olduğu halda, 2023-cü ilin III rübündə bu göstərici 2 milyard 512.188 milyon manat azalaraq 6 milyard 203.084 min manat olub.

ABB-nin 2023-cü ilin III rübündə kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 2023-cü ilin əvvəlinə nəzərən 137.312 milyon manat artaraq 226.235 min manatdan 363.547 milyon manata yüksəlib.

Bankın nizamnamə kapitalı 2023-cü ilin III rübündə cari ilin əvvəlinə nəzərən dəyişməyərək 1 milyard 225.648 milyon manat təşkil edib.

ABB-nin faiz gəlirləri 2023-cü ilin əvvəlinə nəzərən 2023-cü ilin III rübündə 7.292 milyon manat azalaraq 582.884 milyon manatdan 575.592 milyon manata enib.

ABB-nin faiz xərcləri isə 4.202 milyon manat artaraq 91.756 milyon manatdan 95.958 milyon manata yüksəlib.

Bankın 2023-cü ilin III rübündə xalis faiz gəliri 479.634 milyon manat təşkil edib.

2023-cü ilin III rübündə bankın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatları 53.1 milyon manat olub.

Bankın dövr üzrə xalis mənfəəti 3.514 milyon manat azalaraq 254.379 milyon manatdan 250.865 milyon manata enib.

ABB-nin məcmu kapitalı isə 1 milyard 604.895 milyon manat təşkil edib. Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinın qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalı minimum 50 milyon manat təşkil etməlidir.

Xatırladaq ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC 1992-ci ilin 10 yanvarında tam səhmdar cəmiyyət tipli bank kimi fəaliyyətə başlayıb. Bankın səhmlərinin 96.37%-i Azərbaycan Respublikasına, 0.23%-i “Aqrarkredit” QSC-yə, 0.35%-i hüquqi şəxslərə, 3.05% fiziki şəxslərə məxsusdur.

İndex.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu