"Qarabağ"dan möhtəşəm qələbə
Bu gün Avropa Liqasında II turun oyunları keçirilib. "Qarabağ” Lüksemburqda "Düdelanj”ın qonağı olub. "Jozi Bartel” stadionunda baş tutacaq A qrupunun görüşündə "Qarabağ" 4:1 hesablı qələbə qazanıb.
Bu görüş "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub. 47 yaşlı mütəxəssis 2008-ci ildən rəhbərlik etdiyi komanda ilə 100-cü avrokubok matçına çıxıb.
Azərbaycan çempionu ilk turda İspaniyanın "Sevilya” komandasına Bakıda 3 cavabsız qolla uduzub. Lüksemburqlular isə Cənubi Kiprdə APOEL-i 4:3 hesabı ilə üstələyiblər.
Qeyd edək ki, A qrupunun digər matçında "Sevilya” APOEL-i 1:0 hesabı ilə yenib.
Avropa Liqası
Qrup mərhələsi
A qrupu, II tur
3 oktyabr
Düdelanj (Lüksemburq) - Qarabağ (Azərbaycan) 1:4
Qollar: Abdulla Zubir, 11. Mişel, 30. Riçard Almeyda, 37. Dani Kintana, 70.
Hakimlər: Con Biton, Daniel Makfarlan, Duqlas Potter, Donald Robertson (Şotlandiya).
Hakim-inspektor: Yon Eylif Skyervold (Norveç).
UEFA nümayəndəsi: Maykl Zoratti (Avstriya).
"Jozi Bartel” stadionu.