Elnur Eltürk: “Azərbaycan tərəfinin cavabı amansız və sərt olmalıdır”




“Azərbaycan ordusunun tabor komandiri mayor Aqil Omarovun erməni snayper gülləsindən xaincəsinə şəhid edilməsi Ermənistanın sülh prosesi ilə imitasiya etdiyini bir daha təsdiqlədi. Azərbaycan tərəfinin cavabı amansız və sərt olmalıdır”.



AFN xəbər verir ki, bunu açıqlamasında diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk deyib. O bildirib ki, düşmən bir neçə canlı qüvvəsi məhv edilməlidir: “Onsuz da Ermənistan 25 ildir ki, danışıqları söz olaraq apardığını bilirik. Sadəcə bölgədə beynəlxalq güclərin apardıqları ikiüzlü siyasət Azərbaycanın real addım atmağa imkan vermir. Yoxsa, Azərbaycan torpaqlarını qısa zaman ərzində azad edər və separatçıları təmizləyərdi. Bunu Aprel döyüşlərində də şahidi olduq. Aprel döyüşlərində müharibəni Rusiya tərəfinin dayandırdığı real faktdır. Rusiya xarici işlər naziri Sergey Lavrov bunu təsdiqləyib. Beynəlxalq siyasi analitikləri Kremli faktorunu münaqişənin həll olunmamasında da əsas açar kimi görürlər”. Elnur Eltürk bildirib ki, artıq Qarabağ faktoru təzyiq kartı kimi istifadə olunur: “Üstəlik, Qarabağ nəzarətsiz məkandır. Nəzarətsiz və terror yuvası olan Qarabağda istənilən iyrənc oyunlar aparılır və zaman-zaman mətbuatda PKK terrorçularının qeyri-qanuni rejimə keçməsi və onların hazırlığı, narkotik plantasiyalarının əkilməsi ilə bağlı faktlar səsləndilir. Beynəlxalq hüququn susqunluğu qeyri-qanuni rejimin əl-qolunu açır. Ermənistan və rejim arasında gərginlik artmaqdadır... Ermənistanın baş naziri Nikol Paşinyana qarşı gizli görüşlərin keçirildiyi haqqında informasiyalar yayılmaqdadır. Təsadüfi deyil ki, Qarabağın işğalında iştirak edən general Vitali Balasanyan Nikol Paşinyana ötən ilin payızında Qazaxıstan paytaxtındakı MDB sammiti zamanı Azərbaycan prezidenti İlham Əliyevlə baş tutmuş qeyri-formal görüşünə eyham vuraraq,onu liftdə danışıqlar aparmaqda ittiham etmişdi. Bu gün Paşinyan Azərbaycanın real vəziyyəti qiymətləndirməyə bilməz. Yaxşı dərk edir ki, gündən-günə iqtisadi cəhətdən güclənən Azərbaycanın qarşısında dayanmaq çətin olacaq. Üstəlik, Azərbaycan Ermənistanın Qarabağ rejimi üzərində hüquqi üstünlüyünü və beynəlxalq hüququn subyekti kimi tanınmasına imkan verməyəcək. Paşinyan Qarabağ məsələsində güzəştə gedə bilərmi? Paşinyan işğal altında olan Qarabağ torpaqlarında yerləşən separatçılara nəzarət edə bilməyəcək. Nə qədər çalışsa da, mümkünsüzdür. Qarabağ məsələsində Paşinyan yüz illərlə xəstə ideologiya ilə zəhərlənən erməni xalqının iradəsinə zidd addım ata bilməz. Ermənilər ondan əsasən sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşdırılmasını gözləyirlər. Paşinyan başa düşür ki, Qarabağ məsələsi həll edilməmiş Ermənistanın vəziyyətinin düzəlməsi real görünmür. Azərbaycan və Türkiyənin Ermənistanın bloka şəraitində saxlaması, İrəvanda köç axının sürətləndirir və iqtisadi yatırımları zəiflədir. Nikol güzəştə gedəcəyi təqdirdə Petrosyan aqibəti ilə nəticələnəcəyi şübhəsizdir. Üstəlik, xaricdə erməni diasporu vəziyyəti gərginləşdirər. Erməni diasporu üçün Qarabağ və qondarma soyqırım iddiaları prinsipial məsələdir. Həm də pusquda təhlükəli və cinayətkar Köcəriyan-Sarkisyan çütlüyü durub. Onlar Paşinyanın Qarabağ məsələsində güzəştə gedəcəyi günü xalqı ayağa qaldıracaqlar. Paşinyan bunu dərk edir və ona görə həm Şuşa, həm də işğal altında qalan torpaqlarımızda rəqslər edir. Onun başqa yolu yoxdur. İnqilab ritorikası ilə hakimiyyətə gələn siyasi şoumen oynamağa məhkumdur. Rəsmi Bakının atacağı bir addım qalıb: Bu da Qarabağ separatçılarının zərərsizləşdirilməsidir. Başqa yol yoxdur. Amerika generalı Ayzenhaurun sözləri desək: "Sülh istəyirsənsə, müharibəyə hazır olmaq lazımdır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu